...

Mərkəzi Neftçilər Xəstəxanasına beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 11 Mart 2011 10:50 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanasına beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olundu
Mərkəzi Neftçilər Xəstəxanasına beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olunub (FOTO)

Azərbaycan, bakı, 11 mart /Trend/

Mərkəzi Neftçilər Xəstəxanasına beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olundu. ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu bildirib ki, hazırda ARDNŞ-in bir sıra müəssisələrində bütün dünyada qəbul edilən və müəssisəyə faydalı olan TS EN ISO 9001:2008 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı tətbiq olunur. ARDNŞ Sosial İnkişaf İdarəsinin struktur bölməsi olan Mərkəzi Neftçilər Xəstəxanasının da bir sıra tenderlərdə iştirak etməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişafa nail olunması üçün bu sertifikatı alması zərurətə çevrilib.

TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə Mərkəzi Neftçilər Xəstəxanasının sertifikatlaşdırılmasında köməkliyin göstərilməsi məqsədilə ARDNŞ Sosial İnkişaf İdarəsi Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin təşkil etdiyi kurslarda Türk Standartları İnstitutu mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib.

Mərkəzi Neftçilər Xəstəxanasının və Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin mütəxəssislərinin cəlb edilməsi ilə TS EN ISO 9001 keyfiyyət idarəetmə sistemi standartının tətbiqi istiqamətində lazımi işlər görülüb, bütün lazımi sənəndləşmə işləri başa çatdırılıb və xəstəxananın sertifikatlaşdırılması məqsədilə Türk Standartları İnstitutuna müraciət olunub.

Ötən il noyabrın 22-25-də Mərkəzi Neftçilər Xəstəxanasında Türk Standartları İnstitutunun təcrübəli baş auditoru Elif Özkök, həkim Sema Zergeroğlu, auditor Volkan Çalğın və bioloq Xatirə Salahova tərəfindən TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sisteminin tətbiqi ilə bağlı sertifikatlaşdırma auditi keçirilib.

Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən auditin açılış və qapanış toplantılarında sistemin tətbiqinin zəruriliyi və bu işə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin böyük önəm verməsi və dəstək olması, o cümlədən Sosial İnkişaf İdarəsi rəhbərliyinin lazımi köməklik göstərməsi xüsusi vurğulanıb.

Türk Standartları İnstitutu mütəxəssisləri TS EN ISO 9001:2008 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartının tətbiq olunmasını yüksək qiymətləndirməklə, yaxın vaxtlarda MNX-nın sertifikatlaşdırılması ilə bağlı TSE-nin komissiyası tərəfindən müvafiq rəyin veriləcəyini bildiriblər.

Martın 10-da Mərkəzi Neftçilər Xəstəxanasında bu səhiyyə ocağına Türk Standartları İnstitutu tərəfindən TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə sertifikat təqdim olunması münasibətilə tədbir keçirildi. ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Hasan Demirtaş və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirdə bu gün MNX-da göstərilən tibb xidmətlərinin dünya standartları səviyyəsinə çatdırılıdığı və bu səhiyyə ocağının maddi-texniki bazasının daim yeniləşdirilməsi, tibbi kadrların mütəmadi olaraq təkmilləşdirilməsi məsələlərinin daimi diqqət mərkəzində saxlanıldığı vurğulandı.

Xəbər lenti

Xəbər lenti