...

Azərbaycanda orta məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunması qaydaları açıqlanıb

Cəmiyyət Materials 11 Mart 2011 17:22 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması barədə qərar verib.
Azərbaycanda orta məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunması qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması barədə qərar verib. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən bildiriblər.

Qərarda bildirilir ki, medalla təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür.

Nazir medalla təltifə namizəd şagirdlərin müəyyənləşdirilməsi üçün ümumtəhsil məktəblərinin rəhbərliyinə həmin şagirdlərin siyahısını 2011-ci il aprelin 15-dək Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim etmələrini tapşırıb.

Təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış və müəyyən olunan qaydada təsbit edilmiş şərtlərə cavab verən tam orta təhsil səviyyəsi məzunlarının qızıl (gümüş) medalla təltifi bu ildən etibarən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti