...

Azərbaycanın səfiri mühazirə ilə çıxış edib

Cəmiyyət Materials 12 Mart 2011 15:48 (UTC +04:00)
Azərbaycanın səfiri mühazirə ilə çıxış edib
Azərbaycanın səfiri mühazirə ilə çıxış edib

Martın 11-də Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın, eləcə də Avropanın şərqşünaslıq mərkəzlərindən olan, Romada yerləşən Karlo Alfonso Nallino adına Şərqşünaslıq İnstitutunda "Azərbaycan Qərblə Şərqin yolayrıcında" mövzusunda mühazirə ilə çıxış edib. Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

Mühazirədə həmin İnstitutunun, eləcə də İtaliyanın digər təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun Prezidenti Professor Klaudio Lo Yakono Azərbaycanın elmi tədqiqatlar baxımından böyük maraq kəsb edən ölkələrdən olduğunu qeyd edib.

Səfir Sadıqov öz çıxışı zamanı Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat verib. Ölkəmizin regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açmış, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu artıq həyata keçirilmiş və perspektivdə olan beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışıb.

Səfir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunaraq, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat verib.

Sonda səfir Sadıqov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti