...

"31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı nəşr olunub

Cəmiyyət Materials 28 Mart 2011 14:35 (UTC +04:00)
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı işıq üzü görüb. Trend-in məlumatına görə, kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir.
"31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı nəşr olunub

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı işıq üzü görüb. Trend-in məlumatına görə, kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir.

Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr öz əksini tapıb. "Azərbaycan", "İstiqlal", "Hümmət" kimi mətbu orqanlarıyla yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən, 1918-ci ildə Tiflisdə nəşr olunan "Qardaş qayğısı" qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı, kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918..." kitabı da ilk dəfə olaraq müasir əlifbada kitaba daxil edilib.

Axundzadənin qələmə aldığı bu kitab mart soyqırımı tarixşünaslığı üçün ilk anadilli mənbə hesab edilə bilər.

"31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı "Elm və Təhsil" nəşriyyatında çap edilib.

Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti