...

Belçikaya müsbət nəticə üçün gəlmişik - Rəşad Sadıqov

Cəmiyyət Materials 28 Mart 2011 17:24 (UTC +04:00)
Belçikaya müsbət nəticə üçün gəlmişik. Trend-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında Azərbaycanın futbol üzrə yığma komandasının kapitanı Rəşad Sadıqov bildirib.
Belçikaya müsbət nəticə üçün gəlmişik - Rəşad Sadıqov

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

Belçikaya müsbət nəticə üçün gəlmişik. Trend-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında Azərbaycanın futbol üzrə yığma komandasının kapitanı Rəşad Sadıqov bildirib.

"Türkiyə yığmasını məğlub etdikdən sonra komandamızda inam var. Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Səfərdə fərqli yığma görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə uğur qazanmaq vaxtıdır. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir", - Sadıqov əlavə edib.

Azərbaycan milli komandasının futbolçularının mətbuat konfransında Rəşad Sadıqovla yanaşı, Kamran Ağayev və Elvin Məmmədov də iştirak edib və Belçika ilə oyun barədə fikirlərini bildiriblər.

Azərbaycanın futbol üzrə milli komandası 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçim turunun A qrupunda mübarizə aparır. İndiyə qedər keçirdiyi üç oyunun nəticəsi olaraq Azərbaycan komandası üç xal qazanıb. Azərbaycan komandasının daxil olduğu qrupa 15 xalla Almaniya millisi başçılıq edir.

Xəbər lenti

Xəbər lenti