...

Azərbaycan Mətbuat Şurasının sədri daxili işlər naziri ilə görüşüb

Cəmiyyət Materials 28 Mart 2011 19:39 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bazar ertəsi daxili işlər naziri Ramil Usubovla jurnalist Seymur Həziyevlə bağlı insidenti müzakirə edib.
Azərbaycan Mətbuat Şurasının sədri daxili işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bazar ertəsi daxili işlər naziri Ramil Usubovla jurnalist Seymur Həziyevlə bağlı insidenti müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasından bildiriblər.

Martın 26-da naməlum şəxslər tərəfindən "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyevə bədən xəsarətləri yetirilib.

Görüşdə hadisə ilə bağlı araşdırmanın aparılması məqsədilə DİN-in və Baş Prokurorluğun xüsusi nümayəndələrinin hadisə yerinə ezam edilmək üçün ayrıldıqları bildirilib. Nazir Usubov ibtidai araşdırmanın təşkilini, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-mayor Sərvər Mehralıyevə həvalə edib.

Xəbər lenti

Xəbər lenti