...

Azərbaycan ombudsmanı dünya ictimaiyyətini 31 mart soyqırımına obyektiv siyasi qiymət verməyə çağırıb

Cəmiyyət Materials 29 Mart 2011 14:54 (UTC +04:00)
Azərbaycan ombudsmanı dünya ictimaiyyətini 31 mart soyqırımına obyektiv siyasi qiymət verməyə çağırıb.
Azərbaycan ombudsmanı dünya ictimaiyyətini 31 mart soyqırımına obyektiv siyasi qiymət verməyə çağırıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı dünya ictimaiyyətini 31 mart soyqırımına obyektiv siyasi qiymət verməyə çağırıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvəkkil Elmira Süleymanova bu məqsədlə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

"Dünya ictimaiyyəti nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməlidir, cinayətkarlar öz layiqli cəzasını almalıdırlar", - bəyanantda vurğulanır.

Ombudsman nüfuzlu beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır.

Süleymanova ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inandığını vurğulayıb.

Bəyanat BMT-nin baş katibi, baş katibin müavini, uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurası, ATƏT, beynəlxalq və Avropa ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

1918-ci il martın 31-də erməni silahlıları azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil almış,. silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər.

Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb.

Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrilib, əhaliyə amansız divan tutulub.

Xəbər lenti

Xəbər lenti