...

Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi valideynlərin yanlış addımıdır - ombudsman

Cəmiyyət Materials 22 Aprel 2011 13:19 (UTC +04:00)
Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi valideynlər tərəfindən atılan yanlış addımdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.
Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi valideynlərin yanlış addımıdır - ombudsman

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi valideynlər tərəfindən atılan yanlış addımdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.

Ombudsman deyib ki, aksiyalarda böyük kütlə olarsa, uşağın ayaqlar altında qalması ehtimalı da var.

"Buna görə ehtiyatlı olmaq lazımdır", - o, əlavə edib.

Süleymanova bildirib ki, beynəlxalq hüquqa və uşaq hüquqları konvensiyasına əsasən hər bir şəxs uşaqların hüququnu müdafiə etməlidir.

"Azərbaycanda əvvəllər valideynlər buna cavabdeh idilər. Referendumla Konstitusiyaya edilmiş dəyişikliyə əsasən, hazırda dövlət bu vəzifəni öz öhdəsinə götürüb", - Süleymanova deyib.

Xəbər lenti

Xəbər lenti