...

Tokio "Fukusima-1" AES-də radiasiyanın yayılmasına dair məlumatın bir hissəsini gizlədib

Cəmiyyət Materials 3 May 2011 11:58 (UTC +04:00)
Yaponiya hökuməti "Fukusima-1" AES-lə bağlı hadisələrlə əlaqədar radiasiyanın yayılmasına dair ən azı 5 min ölçmə və qiymətləndirmələri gizli saxladığını etiraf edib.
Tokio "Fukusima-1" AES-də radiasiyanın yayılmasına dair məlumatın bir hissəsini gizlədib

Azərbaycan, Bakı, 3 may /Trend/

Yaponiya hökuməti "Fukusima-1" AES-lə bağlı hadisələrlə əlaqədar radiasiyanın yayılmasına dair ən azı 5 min ölçmə və qiymətləndirmələri gizli saxladığını etiraf edib. Bu, yarana biləcək təşvişin qarşısını almaq məqsədilə edilib. Bu barədə jurnalistlərə atom stansiyasındakı qəzanın aradan qaldırılması üzrə birləşmiş qərargah katibliyinin rəhbəri, ölkənin Baş nazirinin müşaviri Qosi Hosono bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

"Belə mövqe səhv idi", - o qeyd edib. Baş nazirin müşaviri əmin edib ki, bundan sonra "Fukusima-1" AES-lə bağlı bütün məlumatlar gizli saxlanmayacaq və dərhal yayımlanacaq.

Mətbuatın məlumatına görə, "Fukusima-1" AES-dəki qəza ölkədə yaradılan atom stansiyalarındakı radiasiya barədə məlumatların toplanması sisteminin və onun yayılmasının proqnozlaşdırılmasının qeyri-effektivliyini göstərdi. Stansiya 1987-ci ildə işə salınıb, onun hazırlanması və strukturun mühafizəsinə Tokio 341 milyon dollardan artıq xərc çəkib. Lakin sistem martın 11-də zəlzələnin əmələ gətirdiyi güclü sunami nəticəsində tamamilə sıradan çıxıb və onun enerji təchizatı mənbələri məhv olub.

Xəbər lenti

Xəbər lenti