...

Azərbaycan və Çexiya arasında sosial təminat sahəsində saziş müzakirə edilir

Cəmiyyət Materials 3 May 2011 12:28 (UTC +04:00)
Çexiya Respublikasının sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorundan bildirilib.
Azərbaycan və Çexiya arasında sosial təminat sahəsində saziş müzakirə edilir

Azərbaycan, Bakı, 3 may /Trend/

Çexiya Respublikasının sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorundan bildirilib.

Mayın 7-nə kimi davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.

Ötən ilin sentyabrında DSMF mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Cexiyada səfərdə olub. Çexiyanın sığorta-pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı tərəflər bir sıra məsələlərlə yanaşı "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş" layihəsini ətraflı müzakirə ediblər.

Çexiyalı qonaqların ölkəmizə səfəri zamanı layihə ilə bağlı danışıqların ikinci mərhələsi keçiriləcək. Bundan başqa, nümayəndə heyəti DSMF Aparatının işi, burada qurulan müasir məlumatlandırma sistemi, həmçinin Fondun rayon şöbələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti