...

Azərbaycanın hüquq-müdafiəçisi "Freedom House"un hesabatını ədalətsiz adlandırdı

Cəmiyyət Materials 3 May 2011 17:20 (UTC +04:00)
"Freedom House"la əməkdaşlıq edən təşkilatlardan biri kimi hesab edirəm ki, bəzi xarici təşkilatlar hesabatlarında açıqladığı məqamları, faktları kifayət qədər araşdırmadan, ümumiləşdirmə aparmadan bildirirlər və belə olan halda qeyri-obyektivlik olur.
Azərbaycanın hüquq-müdafiəçisi "Freedom House"un hesabatını ədalətsiz adlandırdı

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Hacıyev/

"Freedom House"la əməkdaşlıq edən təşkilatlardan biri kimi hesab edirəm ki, bəzi xarici təşkilatlar hesabatlarında açıqladığı məqamları, faktları kifayət qədər araşdırmadan, ümumiləşdirmə aparmadan bildirirlər və belə olan halda qeyri-obyektivlik olur. Bunu çərşənbə axşamı Trend-ə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə deyib.

"Azərbaycanda mətbuat azadlığı ilə bağlı "Freedom House"un açıqlaması və Azərbaycanın mətbuat azadlığına görə son yerlərdən birində olduğunu deməsi ədalətsizlikdir. Çünki Azərbaycanda kifayət qədər mətbuat azadlığı var. Mətbuat çəkinmədən, müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan və ya olmayan müəyyən məqamları səhifələrində çap etdirsə də, onlara qarşı heç bir tədbir görülmür", - Qənizadə bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, hər hansı məhkəmə çəkişməsi olmur, mətbuat orqanı hər hansı qaydada cəzalandırılmır.

"Başqa xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da elə adamlar var ki, mətbuata qarşı dözümsüzlük nümayiş etdirirlər. Bu, hakimiyyətin mövqeyi kimi yox, ayrı-ayrı şəxslərin mövqeyi kimi qiymətləndirilməlidir. Bu hallar Avropa ölkələrində də olur, jurnalistlərə qarşı müəyyən hərəkətlər, qəsdlər də olur. Buna görə dövlətin jurnalistikaya, mətbuata olan münasibətini dəyərləndirmək düzgün olmazdı. Hesab edirəm ki, Azərbaycan mətbuatı kifayət qədər geniş imkanlara malikdir, istədiyi məsələləri qəzeti üçün, cəmiyyət üçün maraqlı olan, bəzən öz qəzetlərinin reklamı xatirinə hay-küylü məsələri daha da şişirdərək müəyyən başlıqları qoymaqla istədikləri varianda çap etdirirlər. Söhbət 1-2 jurnalistin həbsindən gedirsə, istər jurnalist, istər rəsmi şəxs olsun, heç kim etik normalardan kənara çıxmamalı, kiminsə şəxsi həyatına müdaxilə etməməlidir", - Qənizadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti