...

DİN-in Baş Mühafizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinatlar olub

Cəmiyyət Materials 5 May 2011 10:19 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis general-mayoru Yaşar Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək, DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə cümə axşamı Trend-ə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
DİN-in Baş Mühafizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinatlar olub

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis general-mayoru Yaşar Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək, DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə cümə axşamı Trend-ə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Zahidov deyib ki, nazirin digər əmri ilə DİN Çevik Polis Alayının komandiri, polis polkovniki Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bu ilin fevral ayında Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovu tutduğu vəzifədən azad edilib. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti