...

Azərbaycanın təhsil naziri test tapşırıqlarındakı səhvlər barədə danışıb

Cəmiyyət Materials 5 May 2011 14:40 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarında aşkar edilmiş səhvlər barədə danışıb.
Azərbaycanın təhsil naziri test tapşırıqlarındakı səhvlər barədə danışıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarında aşkar edilmiş səhvlər barədə danışıb.

"Vahid buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqları xarici mütəxəssislərin iştirakı ilə Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanır. Hazırda aşkar olunan səhvlər nazirliyin mütəxəssisləri tərəfindən öyrənilir", - Trend-in məlumatına görə, Mərdanov cümə axşamı Respublika fənn olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ən yaxşı variant ictimaiyyətin bu prosesdə fəal iştirak etməsi üçün test suallarının ictimai müzakirələrə çıxarılması olardı.

Xəbər lenti

Xəbər lenti