...

Prezident Administrasiyasının sektor müdiri: Bələdiyyələrdə sənədlərlə iş barədə təlimatın qəbul olunmasına ehtiyac var

Cəmiyyət Materials 6 May 2011 15:06 (UTC +04:00)
Bələdiyyələrdə sənədlərlə iş barədə təlimatın qəbul olunmasına ehtiyac var.
Prezident Administrasiyasının sektor müdiri: Bələdiyyələrdə sənədlərlə iş barədə təlimatın qəbul olunmasına ehtiyac var

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Bələdiyyələrdə sənədlərlə iş barədə təlimatın qəbul olunmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyə üzvləri üçün keçirilən seminarda çıxışı zamanı Prezident Administrasiyasının Bələdiyyələrlə iş üzrə sektorunun rəhbəri Ramiq Həşimov bildirib.

Həşimov belə bir normativ hüquqi aktın Prezident Administrasiyası, Nazirlər Kabineti və icra hakimiyyətləri ilə bağlı qəbul edildiyini vurğulayaraq bələdiyyələr üçün də bu təlimatın hazırlanıb qəbul edilməsini zəruri sayıb.

"Biz bu məsələni müzakirə edərək belə bir təkliflə çıxış edəcəyik", - sektor müdiri deyib.

Onun fikrincə, bu sənədin qəbulu vətəndaşların ərizə və müraciətlərinə baxılması, onların cavablandırılmasında, bələdiyyə sənədlərinin düzgün hazırlanmasında ortaya çıxan problemlərin həllində bələdiyyələrə kömək olacaq.

O, bələdiyyə üzvlərinə "İnzibati icraat haqqında" qanunun tələblərinə uyğun olaraq yazılı əsaslandırılmış qərarlar qəbul etməyi tövsiyə edib və bildirib ki, bələdiyyələr kollegial orqan olduğu üçün vətəndaşların müraciətləri ilə bağlı qərarları kollegial qəbul etməlidir.

Həmçinin, bələdiyyələr vətəndaşın müraciətindən imtina barədə qərarda onun hansı orqana və hansı müddətdə şikayət verməsini konkret göstərməlidirlər.

"Vətəndaşlarla bu formada qurulan münasibətlər çox tezliklə bələdiyyələrlə bağlı müsbət rəy formalaşdıracaq", - Həşimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti