Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, mayın 10da saat 7.30-dan etibarən M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətinə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Azneft meydanı, Neftçilər prospekti və R.Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən Bülbül prospekti daxil olmaqla Heydər Əliyev sarayının qarşısındakı Milli parkda gül bayramının keçirilməsi ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alarsaq şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edilir.