Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası məqsədilə mayın 18-də keçirdiyi növbəti imtahanın nəticələrini açıqlayıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, urologiya, hematologiya və pediatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 106 həkim iştirak edib.
İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib.
Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 100 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə mayın 25-də keçiriləcək.