...

Azərbaycanda gənclərin məsafədən təhsil almaları üçün yeni layihələr hazırlanır - nazir

Cəmiyyət Materials 20 May 2011 15:26 (UTC +04:00)
Azərbaycanda gənclərin məsafədən təhsil almaları üçün yeni layihələr hazırlanır. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
Azərbaycanda gənclərin məsafədən təhsil almaları üçün yeni layihələr hazırlanır - nazir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda gənclərin məsafədən təhsil almaları üçün yeni layihələr hazırlanır. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

Rəhimov Gənclər və İdman Nazirliyinin tarixi, gənclər və idman sahəsində görülən işlər barədə danışıb. Nazir gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, "Karyera mərkəzləri" barədə, gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatlarının müxtəlif istiqamətləri əhatə edən layihələrindən də söz açıb.

O, nazirliyin gənclər sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barəsində də məlumat verib.
Təhsil sahəsinə toxunan Rəhimov bildirib ki, bu gün təhsil, savad, kompyuter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdən biridir.

Nazir Rusiya və Azərbaycan arasında gənclər sahəsində həyata keçirilən layihələrə də toxunub. O, Rusiyanın gənclər və idman sahəsinə məsul şəxslərinin ölkəmizə səfərlərindən, iki ölkənin birgə həyata keçirdiyi tədbirlərdən söz açıb. Nazir qeyd edib ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi hazırlanıb və müvafiq qaydada dövlət daxilində razılaşdırıldıqdan sonra qarşı tərəfə göndərilib. Bununla yanaşı, "Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" layihəsi isə müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.

Rəhimov son iki ildə hər iki ölkədə təşkil olunan 20-yə yaxın müxtəlif idman tədbirlərində idmançıların qarşılıqlı olaraq iştirak etmələrindən bəhs edib.

"Hazırda London Olimpiadasına hazırlaşırıq. Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya Oyunlarlnda minimum 9 olmalıdır. Bu gun fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Kompleksləri, beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqqında da danışa bilərik", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti