...

Azərbaycanda jurnalist qadınlar etiraz aksiyası keçirirlər

Cəmiyyət Materials 1 İyun 2011 13:57 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qarabağda və sərhəd bölgələrində uşaqların öldürülməsinə etiraz olaraq aksiya keçirir.
Azərbaycanda jurnalist qadınlar etiraz aksiyası keçirirlər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qarabağda və sərhəd bölgələrində uşaqların öldürülməsinə etiraz olaraq aksiya keçirir.

Trend-in məlumatına görə, AJQA rəhbəri Sevil Yusifova çərşənbə günü aksiyaya həsr olunmuş mətbuat konfransında bildirib ki, aksiya çərçivəsində bir qrup jurnalist xanımlar bir günlük peşələrindən imtina ediblər.

"Azərbaycanın sərhəd bölgələrində və Qarabağda neçə-neçə uşaqlar 20 ildən artıqdır ermənilər tərəfindən aparılan işğalçı siyasətin qurbanı olublar", - Yusifova bildirib.

O bildirib ki, bu aksiyanın keçirilməsi 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun martın 8-də ermənilər tərəfdən qətlə yetirilməsi ilə bağlı təşkil olunmuş tədbirdə qərara alınıb.

"Day.Az" media şirkətinin baş direktorunun müavini Sevda İlhamqızı tədbirdə bildirib ki, Fariz Bədəlovun simasında qətlə yetirilən bütün uşaqlar bu aksiya çərçivəsində yad olunurlar. Onun sözlərinə görə, aksiyanın keçirilməsində məqsəd beynəlxalq ictimaiyyətin fikrini bu problemə yönəltməkdir.

Xəbər lenti

Xəbər lenti