...

Astanada Azərbaycan və Qazaxıstan yığmaları arasında futbol matçı baş tutacaq

Cəmiyyət Materials 3 İyun 2011 02:18 (UTC +04:00)
Astanada Azərbaycan və Qazaxıstan yığmaları arasında futbol matçı baş tutacaq
Astanada Azərbaycan və Qazaxıstan yığmaları arasında futbol matçı baş tutacaq

Qazaxıstan, Astana, 2 iyun /Trend, müxbir A.Maratov/

Cümə günü Astanada Qazaxıstan futbol üzrə milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirəcək. Onlar A qrupunun digər autsayderi - Azərbaycan yığması ilə görüşəcəklər.

Xatırladaq ki, sonuncu rəsmi göruşündə Qazaxıstan yığması almanlara 0:4 hesabı ilə məğlub oldu.

"Biz, bu oyunun əhəmiyyətini çox yaxşı başa düşürük. Aydındır ki, bizdən qələbə tələb edirlər, və biz azarkeşlərimizi məyus etməmək üçün əlimizdən gələni edəcəyik. Bu matçdan qabaq federasiya və məşqçilər tərəfindən mühüm işlər görülüb. Lakin, rəqibimiz də güclüdür, və 3 xalı bizə heç kəs asanlıqla verməyəcək," deyə Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek bildirmişdir.

Xəbər lenti

Xəbər lenti