...

Dövlət qulluqçularının etik davranışı ilə bağlı şikayətlərin sayı artıb

Cəmiyyət Materials 3 İyun 2011 13:11 (UTC +04:00)
Dövlət qulluqçularının etik davranışı ilə bağlı vətəndaşların şikayətlərinin sayı artıb. Trend-in məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsi və korrupsiyaya qarşı mübarizə" mövzusunda keçirilən "dəyirmi masa"da məlumat verib.
Dövlət qulluqçularının etik davranışı ilə bağlı şikayətlərin sayı artıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət qulluqçularının etik davranışı ilə bağlı vətəndaşların şikayətlərinin sayı artıb. Trend-in məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsi və korrupsiyaya qarşı mübarizə" mövzusunda keçirilən "dəyirmi masa"da məlumat verib.

Sektor müdiri bildirib ki, ötən il Komissiyaya etik davranış qaydaları ilə bağlı 5 müraciət daxil olub. Onlarından 2-si təmin olunub, 3-ü isə əsassız hesab edilib. 2011-ci ilin 5 ayı ərzində isə komissiyaya 26 müraciət daxil olub.

O, şikayətlərin sayının artmasını vətəndaşların dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üzrə görülən tədbirlərlə əlaqələndirib.

Əsgərov bildirib ki, dövlət qulluqçuları peşə ixtisas keyfiyyətləri ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar.

Dövlət qulluqçularının etik davranışının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunla tənzimləndiyini bildirən Əsgərovun sözlərinə görə, qanunda dövlət qulluqçusunun etik davranış qaydalarının prinsipləri, əsasları, təmin edilməsi, etik davranış qaydalarının pozulduğu hallarda məsuliyyət və s. məsələlər təsbit edilib.

"Qanunun məqsədi dövlət orqanları və dövlət qulluqçusunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına etimadlarının artırılmasıkorrupsiya və maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçularının fəaliyyətində şəffaflığın təmin olunmasıdır", - sektor müdiri deyib.

O qeyd edib ki, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə, qanunvericilik dövlət qulluqçusunun inzibati, intizam, cinayət və mülki hüquqi məsuliyyətini müəyyən edib.

Dövlət qulluqçusunun etik davranışına nəzarət müvafiq dövlət orqanının rəhbəri və həmin qurumda fəaliyyət göstərən müvəkkil tərəfindən həyata keçirilir.

"Dəyirmi masa"da vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. "Dəyirmi masa"nın keçirilməsində məqsəd vətəndaş cəmiyyəti nümayəndələrini bu sahədə görülən işlər barədə məlumatlandırmaq və onların bu məsələ ilə bağlı fikirlərini, təkliflərini öyrənməkdir.

Xəbər lenti

Xəbər lenti