...

Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 3 779 müraciət daxil olub

Cəmiyyət Materials 9 İyun 2011 16:14 (UTC +04:00)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) fevralın 23-dən iyunun 1-dək 3 779 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 3 779 müraciət daxil olub

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) fevralın 23-dən iyunun 1-dək 3 779 müraciət daxil olub. Bu barədə çümə axşamı Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 1718-i şikayət, 1139-u sorğu xarakterlidir.

Müraciətlərin 205-i aidiyyəti üzrə deyil, 717-si isə cari problemlərə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.

Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti