...

Bu gün Azərbaycanda 11-ci sinif şagirdləri üçün son buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 17 İyun 2011 10:16 (UTC +04:00)
Bu gün Azərbaycanda 11-ci sinif şagirdləri üçün son buraxılış imtahanları keçirilir
Bu gün Azərbaycanda 11-ci sinif şagirdləri üçün son buraxılış imtahanları keçirilir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə tam orta təhsil səviyyəsi (11-ci sinif) üzrə buraxılış imtahanlarının keçirilməsini yekunlaşdırır. Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, son imtahanlar bu gün Bakı şəhəri üzrə keçirilir.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları saat 10:00-da başlayıb və üç saat davam edəcək. İmtahanda paytaxtın 23 minə yaxın XI sinif şagirdi iştirak edəcək.
9-cu sinif şagirdləri üçün isə imtahanlar iyunun 18-də keçdiriləcək və 1,5 saat davam edəcək. Bu imtahanlarda 31 minə yaxın 9-cu sinif məzunu iştirak edəcək.
Bütün buraxılış imtahanlarının nəticələri iyunun 20-dən sonra nazirliyin www.exam.edu.gov.az saytında yerləşdiriləcək.

TN buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlayıb. Artıq 6 (iyunun 2, 4, 7 və 10, 13 və 16-da ) buraxılış imtahanları keçirilib.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək.

Xəbər lenti

Xəbər lenti