...

Azərbaycanda övladlarına qarşı zorakılıq edən valideynlər valideynlik hüququndan məhrum ediləcəklər

Cəmiyyət Materials 24 İyun 2011 13:07 (UTC +04:00)
Azərbaycanda övladlarına qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.
Azərbaycanda övladlarına qarşı zorakılıq edən valideynlər valideynlik hüququndan məhrum ediləcəklər

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda övladlarına qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.

Trend-in məlumatına görə, bu barədə Ailə Məcəlləsinə Milli Məclisin cümə günü təsdiq etdiyi dəyişiklikdə qeyd olunur.

"Əhalinin sağlamlığı haqqında" qanuna Milli Məclis tərəfindən təsdiq edilən dəyişikliklərə görə, məişət zorakılığından zərər çəkmişlərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulub.

Parlamentin cümə günü keçirilən növbədənkənar iclasında Azərbaycan və Mərakeş arasında imzalanan bir sıra dövlətlərarası müqavilələr də təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti