...

Azərbaycanın imici bu gün Rusiyada müsbət istiqamətdə dəyişir - "Nezavisimaya qazeta"nın redaktor müavini

Cəmiyyət Materials 1 İyul 2011 14:03 (UTC +04:00)
Sözsüz ki, Azərbaycanın imici bu gün Rusiyada müsbət istiqamətdə dəyişir. Trend-in məlumatına görə, bunu Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin baş redaktorunun müavini Arkadi Xantseviç deyib.
Azərbaycanın imici bu gün Rusiyada müsbət istiqamətdə dəyişir - "Nezavisimaya qazeta"nın redaktor müavini

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Sözsüz ki, Azərbaycanın imici bu gün Rusiyada müsbət istiqamətdə dəyişir. Trend-in məlumatına görə, bunu Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin baş redaktorunun müavini Arkadi Xantseviç deyib.

"Bu, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı baş verir. Fond nəhəng maarifləndirmə işi aparır", - Xantseviç bildirib.

Onun sözlərinə görə, bu, Rusiya mətbuatında da hiss olunur.

"Fondun xidməti ondan ibarətdir ki, o, Rusiya federal qəzetləri ilə sıx əməkdaşlıq edir", - Xantseviç deyib.

O, Fonda rusiyalı jurnalistlər üçün mətbuat turunun təşkilinə və Bakıya səfər etmək imkanına görə təşəkkürünü bildirib.

"Biz Bakıda gördüyümüz dəyişikliklərdən təsirləndik. Burada hiss olunur ki, hər şey insanlar üçün edilir", - Xantseviç qeyd edib.

Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq Azərbaycanın hazırkı rəhbərliyi diqqəti daha çox insanların ehtiyaclarına yönəldib.

Xəbər lenti

Xəbər lenti