...

Azərbaycan Prezidenti Böyük Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Cəmiyyət Materials 6 İyul 2011 17:24 (UTC +04:00)
İlham Əliyev çərşənbə günü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Karolin Braunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Böyük Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Karolin Braunu respublikamızda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlət başçısı xanım Karolin Braunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı.

Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Karolin Braun Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirdi. O, ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Xanım Karolin Braun ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti