...

Azərbaycanda vəhabilik adından istifadə edən destruktiv qurumlar var - deputat

Cəmiyyət Materials 19 İyul 2011 15:55 (UTC +04:00)
Azərbaycanda vəhabilik adından, din amilindən istifadə edib fəaliyyət göstərmək istəyən destruktiv qurumlar var.
Azərbaycanda vəhabilik adından istifadə edən destruktiv qurumlar var - deputat

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda vəhabilik adından, din amilindən istifadə edib fəaliyyət göstərmək istəyən destruktiv qurumlar var. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib.

Millət vəkili ümumilikdə vəhabiliyi problem kimi nəzərdə tutmadığını bildirib. "Ancaq bu, vəhabilik deyil. Xristianlıq və ya müsəlmançılıq bayrağı altında belə qruplar bütün dünyada fəaliyyət göstərirlər", - o qeyd edib.

Mustafayevanın sözlərinə görə, din bayrağı altında terrorizm də var, amma bu o demək deyil ki, bu, hansısa dini qurumların nümayəndələridir.

"Terrorçuluğun heç bir dinə aidiyyəti yoxdur, ola da bilməz. Din heç vaxt destruktiv, cəmiyyətin sabitliyini pozmaq istəyən isə dini nümayəndə ola bilməz", - institut direktoru vurğulayıb.

Dinə mənsubiyyəti olan şəxsin tərəqqiyə, mənəviyyətə əsas amil kimi baxan insan olduğunu qeyd edən Mustafayeva bildirib ki, əsl din nümayəndəsi heç vaxt başqa insanın həyatına zərər gətirməz. "Bunu edənlər dinin adından istifadə edən destruktiv qüvvələrdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti