Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda dərmandan zəhərlənənlər arasında qadınların sayı çoxluq təşkil edir. Bunu çərşənbə günü Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin həkimi, Bakı Baş Səhiyyə İdarəsinin baş toksikoloqu İsmayıl Əfəndiyev deyib.
Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada dərmandan zəhərlənənlər daha çox qadınlar olurlar.
Əfəndiyev deyib ki, dərmandan zəhərlənmələrin 99 faizi intihar məqsədilə baş verir. İntihar üçün dərmandan zəhərlənmə yolunu seçənlər əsasən iki qrup dərmanlardan istifadə edirlər. Həmin dərmanların bir qrupu sinir sisteminə təsir edən yuxu dərmanları, digər qrupu isə ağrıkəsici dərmanlardır.
Toksikoloq bu dərmanların insan orqanizminə təsirinin fərqli olduğunu da söyləyib.