...

Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanacaq

Cəmiyyət Materials 26 İyul 2011 12:45 (UTC +04:00)
Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən, Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflər hazırlanacaq.
Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən, Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflər hazırlanacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Təkliflərin hazırlanması Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Təkliflər bu il ərzində hazırlanacaq.

Bununla yanaşı, bu il ərzində Azərbaycanın tarix-mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin hazırlanması planlaşdırılır. Bu işlər üçün ərazilərin genişləndirilməsinə ehtiyac olduğu təqdirdə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq torpaqlar ayrılacaq.

Bununla yanaşı, bu il turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlər ayrılacaq.

Həmçinin Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlər hazırlanacaq.

Bu il ərzində "Turizm haqqında" qanunun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi də nəzərdə tutulur.

Bu ilin iyul-sentyabr aylarında turist axını çox olan rayonlarda "Bu Vətən bizimdir" adlı turist düşərgələri təşkil ediləcək.

Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı ölkə prezidentinin bu il iyulun 20-də verdiyi sərəncamla təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti