...

Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 2 Avqust 2011 12:37 (UTC +04:00)
Azərbaycanda 2011-2012-ci illər üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə əlaqədar sənədlərin qəbuluna başlanılıb.
Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2011-2012-ci illər üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə əlaqədar sənədlərin qəbuluna başlanılıb. Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, peşə təhsili müəssisələrinə sənəd qəbulu 1 ay davam edəcək.

Sənəd qəbulu bitdikdən sonrakı 10 gün ərzində şagirdlərin qəbulu müsabiqə və müsahibə yolu ilə həyata keçiriləcək.

2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün təxminən 16 170 plan yeri ayrılıb. Qəbul planında 14 190 yer ödənişsiz, 1980 yer ödənişlidir.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir.

Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır.

Xəbər lenti

Xəbər lenti