...

Səhiyyə Nazirliyi süd məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq

Cəmiyyət Materials 3 Avqust 2011 15:28 (UTC +04:00)
Gigiyena və Epidemiologiya Mərkəzi yaxın günlərdə ticarət mərkəzlərində satılan süd məhsullarının təhlükəsizlik göstəricilərini öyrənmək məqsədilə yoxlamalara başlayacaq.
Səhiyyə Nazirliyi süd məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) yaxın günlərdə ticarət mərkəzlərində satılan süd məhsullarının təhlükəsizlik göstəricilərini öyrənmək məqsədilə yoxlamalara başlayacaq.

Bu barədə Trend-ə Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ticarət mərkəzlərində aparılacaq.

RGEM ticarət mərkəzləri ilə yanaşı, istehsal müəssisələrindəki süd məhsullarının da təhlükəsizlik göstəricilərini yoxlayacaq.

Xəbər lenti

Xəbər lenti