...

Sinoptiklər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti vəd edir

Cəmiyyət Materials 9 Avqust 2011 11:29 (UTC +04:00)
Azərbaycan sinoptikləri sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti vəd edir
Sinoptiklər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti vəd edir

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycan sinoptikləri sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti vəd edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 25-29 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Avqustun 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, sonrakı günlərdə əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti