...

Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 10 Avqust 2011 17:31 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri elan olunub
Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri elan olunub. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatında bildirilir.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin vakant yerlərinə qəbul olan abituriyenlər avqustun 12-dən 18-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti

Xəbər lenti