Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
21 yaşadək futbolçulardan ibarət (U-21) Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Trend-in məlumatına görə, Uotford şəhərinin Vicarage Road stadionunda İngiltərənin U-21 komandası ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub olub.
Yığma Komandamız AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını sentyabrın 6-da Belçika yığmasına qarşı keçirəcək. Görüş Antverpen şəhərindəki Olimpiya stadionunda baş tutacaq.