...

Avropa Parlamentinin üzvü: Dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayət qədər ciddidir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Sentyabr 2011 10:28 (UTC +04:00)
Bu gün bütün dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayət qədər ciddidir.
Avropa Parlamentinin üzvü: Dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayət qədər ciddidir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Qəbələ, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün bütün dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayət qədər ciddidir. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin üzvü Dan Yorqensenin Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumunda Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının direktoru Jon Vijgen tərəfindən oxunan məktubunda deyilir.

"Artıq bu məsələnin tək Avropa ölkələrində yox, bütün dünya ölkələrində həll olunmasına ehtiyac yaranır", - Yorqensen deyib.

Onun sözlərinə görə, bununla bağlı Avropa İttifaqı səviyyəsində bu məsələnin qaldırılmasına ehtiyac var.

"Bu problemlərin həll olunmasında alternativ maliyyə mənbələrinin artırılmasına daha çox ehtiyac var. Hesablamalara görə, vaxtı keçmiş pestisidlərin təmizlənməsi üçün 600 milyon avro maliyyə vəsaiti tələb olunur. Bu istiqamətdə cari məsələlərin həlli üçün hazırda mövcud vəsait çatmır. Avropa İttifaqında bu məsələni də qaldıracağam. Eyni zamanda, Aİ-də tullantıların müasir qaydada idarə olunması məsələsi qaldırılacaq", - Avropa Parlamentinin üzvü məktubunda bildirib.

Avropa Parlamentinin üzvü Qəbələdə keçirilən konfransda müzakirələr zamanı qaldırılacaq məsələlərin Aİ-də qaldıracağı məsələlərə stimul olacağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti