...

Azərbaycanda siyasi motivlə həbsdə olan gənc yoxdur - Azad Rəhimov

Cəmiyyət Materials 9 Sentyabr 2011 12:46 (UTC +04:00)
Azərbaycanda siyasi motivlə həbsdə olan gənc yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov cümə günü keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanda siyasi motivlə həbsdə olan gənc yoxdur - Azad Rəhimov

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siyasi motivlə həbsdə olan gənc yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov cümə günü keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda bütün həbsdə olan gənclər müxtəlif kriminal maddələr üzrə həbs ediliblər. Siyasi motivlərlə həbsdə olan gənc yoxdur. Bu yaxınlarda Adnan Hacızadə və Emil Milli azadlığa buraxılıb. Dövlət görəndə ki, həbsdə olan kimisə azad etmək olar, onlar əfv olunur və azadlığa buraxılırlar", - nazir bildirib.

Sabiq millət vəkilliyinə namizəd Bəxtiyar Hacıyevin məsələsinə toxunan Rəhimov qeyd edib ki, o, əsgərlikdən yayınan gəncdir və onun məsələsinə məhkəmədə baxılır.

Xəbər lenti

Xəbər lenti