...

YUNESKO-nun xoşməramlı səfirləri təhsil və sülhün möhkəmləndirilməsi təşəbbüslərini nəzərdən keçirirlər

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:17 (UTC +04:00)
YUNESKO-nun xoşməramlı səfirlərinin XI görüşü bazar ertəsi təşkilatın Parisdəki mənzil-qərargahında öz işinə başlayıb.
YUNESKO-nun xoşməramlı səfirləri təhsil və sülhün möhkəmləndirilməsi təşəbbüslərini nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

YUNESKO-nun xoşməramlı səfirlərinin XI görüşü bazar ertəsi təşkilatın Parisdəki mənzil-qərargahında öz işinə başlayıb. İclası təşkilatın baş direktoru İrina Bokova təntənəli şəkildə açıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS təşkilatın katibliyinə istinadən xəbər verir.

İclasın gündəliyi geniş dairəli mövzuları əhatə edir. Müxtəlif ölkələrdən olan nümayəndələr dünyada münaqişələrdən sonrakı vəziyyəti, təhsil məsələlərini, vətəndaş cəmiyyətinin sülhün və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi təşəbbüslərini müzakirə edəcəklər.

Təşkilatın xoşməramlı səfirləri qrupu hazırda elm və ictimai həyatın müxtəlif sahələrində 40-a yaxın nümayəndəni əhatə edir. Onlar arasında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva, fransız astronavt Patrik Bodri, Ümumdünya Rus Mətbuatı Assosiasiyası prezidenti, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, Asiya Fondunun prezidenti, Hindistan Yazıçısı Madanjit Sinqh, "Nobel" sülh mükafatı laureatı Nelson Mandela və başqa məşhur ictimai xadimlər var.

YUNESKO-da vurğulandığı kimi, "xoşməramlı səfirlər görkəmli şəxsiyyətlərdir ki, öz nüfuz və təsirlərini təşkilatın idealları xidmətinə təqdim edərək bütün dünyada təşkilatın fəaliyyətini dəstəkləyirlər".

Xəbər lenti

Xəbər lenti