...

AFFA-nın hüquqşünası UEFA-nın nümayəndəsi təyin edilib

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:00 (UTC +04:00)
UEFA-nın qərarına əsasən, oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq məqsədilə şəbəkə yaradılır.
AFFA-nın hüquqşünası UEFA-nın nümayəndəsi təyin edilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

UEFA-nın qərarına əsasən, oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq məqsədilə şəbəkə yaradılır. Bu qərara uyğun olaraq, UEFA-nın üzvü olan bütün milli assosiasiyalarda oyunların alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün UEFA tərəfindən nümayəndə təyin olunub.

Azərbaycan Futbol Assosiasiyaları Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, AFFA-da UEFA-nın nümayəndəsi AFFA-nın hüquqşünası Rəmiş Təzəxan oğlu Malıyev təyin edilib. Şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar 14-15 sentyabr tarixlərində İsveçrənin Nyon şəhərində UEFA-nın ilk işçi seminarı keçiriləcək. Həmin seminarda Rəmiş Malıyev də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti