Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/
Xəzər dənizinin Azərbaycana aid 955 kilometrlik sahil zolağının ayrı-ayrı ərazilərində iməciliklər keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, iməcliklər Beynəlxalq sahilyanı təmizlik aksiyasının 26-cı ildönümü çərçivəsində sentyabrın 16-da baş tutacaq. Aksiya çərçivəsində Sumqayıt şəhərindəki Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektardan artıq ərazisi, o cümlədən Nabran, Neftçala və Lənkəranın sahilboyu əraziləri zibil və tullantılardan təmizlənəcək.
"Tədbirlərdə Nazirliyin əməkdaşları ilə birgə yerli icra strukturları, ictimaiyyət, bələdiyyə və təhsil müəssisələrinin nümayəndələri də iştirak edəcəklər" - İbrahimova qeyd edib.
Beynəlxalq sahilyanı təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə həyata keçirilir.
Xəzərin sahilində təmizlk işləri aparılacaq