...

Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir

Cəmiyyət Materials 14 Sentyabr 2011 14:07 (UTC +04:00)
Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir. Trend-in məlumatına görə, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib
Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir. Trend-in məlumatına görə, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

O, bildirib ki, Azərbaycanda İİV-ə yoluxma təhlükəli risk qrupları arasında müşahidə edilir. Bunun qarşısını almaq üçün ÜST tərəfindən də müəyyən tədbirlər həyata keçirilir.

Dünyada İİV-QİÇS xəstəliyinin qarşısının alınması və onun müalicəsi üçün 6 milyard dollar maliyyə vəsaiti lazımdır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin İİV-QİÇS proqramı üzrə direktoru Martin Donaxyu Bakıda keçirdiyi brifinqdə deyib.

Donaxyu bildirib ki, hazırda dünyada 34 milyon insan İİV-QİÇS virusuna yoluxub. Avropada isə bu göstərici 2 milyona yaxındır.

"Azərbaycanda antiretroviral müalicə aparılır. Bu müalicə daha çox ehtiyacı olan insanlar üçün həyata keçirilir. Azərbaycanda hələ də antiretroviral müalicəyə ehtiyacı olan 1100 nəfərə yaxın şəxs var", - Süleymanova deyib.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək 3 min nəfərdən çox yaxın insan İİV-ə yoluxub.

"UNAİDS-in 2009-cu ilin sonuna olan hesabatına görə, Azərbaycanda indiyədək 3600 nəfər bu xəstəliyə yoluxub. Amma bu rəqəm 2600-5200 nəfər ola bilər", - Süleymanova bildirib.

Xəbər lenti

Xəbər lenti