...

Azərbaycanda üç televiziya şirkətinin fəaliyyət müddəti uzadılıb

Cəmiyyət Materials 15 Sentyabr 2011 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) cümə axşamı keçirilən iclasında "Antenn" Müstəqil Teleradio Şirkətinin, "Mingəçevir" Televiziyası və "Dünya" Televiziyasının (Sumqayıt) lisenziya müddətini daha 6 il uzadıb. Bu barədə Trend-ə Şuradan bildiriblər.

"Sky" MMC kabel televiziyasının lisenziya müddəti bitsə də, şirkət Şuraya sənədləri təqdim etmədiyindən lisenziya müddəti uzadılmayıb.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziya kanalı var.

Xəbər lenti

Xəbər lenti