...

Bakıda beynəlxalq kitab sərgisində 100-dən çox kitabxana və çap-poliqrafiya müəssisəsi iştirak edəcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 14:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-30-da Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 109 kitabxana və çap-poliqrafiya müəssisəsinin iştirak edəcəyi gözlənilir.
Bakıda beynəlxalq kitab sərgisində 100-dən çox kitabxana və çap-poliqrafiya müəssisəsi iştirak edəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-30-da Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 109 kitabxana və çap-poliqrafiya müəssisəsinin iştirak edəcəyi gözlənilir.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan sərgidə iştirak etmək üçün Azərbaycandan 88, xarici ölkələrdən 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib. Sərgidə kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və s. keçiriləcək.

Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.

Sərginin keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ilin sentyabrında Muzey Mərkəzində keçirilib.

Xəbər lenti

Xəbər lenti