...

Kəmaləddin Heydərov: Boks üzrə dünya çempionatı ölkəmizdə təşkil olunan mötəbər yarışlar arasında xüsusi yer tutur

Cəmiyyət Materials 24 Sentyabr 2011 13:02 (UTC +04:00)
Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatı ölkəmizdə təşkil olunan mötəbər yarışlar arasında xüsusi yer tutur.
Kəmaləddin Heydərov: Boks üzrə dünya çempionatı ölkəmizdə təşkil olunan mötəbər yarışlar arasında xüsusi yer tutur

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatı ölkəmizdə təşkil olunan mötəbər yarışlar arasında xüsusi yer tutur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) növbədənkənar konqresində çıxışı zamanı deyib.

Bütün qonaqlara Bakı şəhərinə təşrif buyurduqlarına görə təşəkkürünü bildirən federasiya prezidenti qeyd edib ki, çempionatda 100-dən artıq ölkədən 600-dən çox idmançı iştirak edir.

Heydərov hər bir idmançıya və məşqçiyə uğurlar arzulayıb.

Sentyabrın 26-da Bakıda start götürəcək London Olimpiadasına lisenziya xarakterli boks üzrə dünya çempionatı oktyabrın 8-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti