...

AzərTAc-ın baş direktoru Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2011 17:21 (UTC +04:00)
RF Prezidenti Dmitri Medvedevin qərarı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov ordenlə təltif olunub.
AzərTAc-ın baş direktoru Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

İkinci abzasdan sonra təfərraütlar əlavə olunub (ilk xəbər saar 16:30-da yayılıb)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

RF Prezidenti Dmitri Medvedevin qərarı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov ordenlə təltif olunub.

Trend-in məlumatına görə, orden bazar ertəsi Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tərəfindən Rusiyanın Azərbaycandakı səfirliyində təqdim olunub.

Narışkin bildirib ki, AzərTAc-ın baş direktoruna "Dostluq" ordenini təqdim etmək fəxri missiyadır.

"AzərTAc-a rəhbərlik etməklə Siz xalqlarımız arasında dostluq işinə öz töhfənizi vermisiniz. Siz Azərbaycanda rus dili və informasiya siyasətinin möhkəmləndirilməsində böyük rol oynayırsınız. Biz yüksək dövlət mükafatını təqdim etməkdən şadıq, çünki Siz bu mükafata layiq görülən görkəmli azərbaycanlı xadimlərin sırasına qoşulursunuz", - Narışkin deyib.

"Şəxsi əməyin bu cür yüksək qiymətləndirilməsi böyük şərəf və qürurdur. Buna görə mən Rusiya Prezidenti Dmitri Medvedevə minnətdaram", - Aslanov bildirib.

Onun sözlərinə görə, cari münasibətlərin bu cür yüksək səviyyəsi hazırda Prezident İlham Əliyevin şərəflə yolunu davam etdirdiyi ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsidir.

"Bakıda Azərbaycan-Rusiya dostluğunun simvolu olan iki prezidentin himayəsi altında Beynəlxalq Humanitar Forumun keçirildiyi günlərdə mənim mükafat almağım əlamətdar hadisədir. Bizim ümumi işimiz bu münasibətləri möhkəmləndirməkdir", - Aslanov deyib.

"İTAR-TASS və AzərTAc arasındakı münasibətlər də əməkdaşlığa və dostluğa nümunədir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti