...

Pis qulaqcıqlar və musiqi asılılığı karlıq riskini artırır

Cəmiyyət Materials 14 Oktyabr 2011 18:14 (UTC +04:00)
Bu gün adamların əksəriyyəti işə, dərsə, evə gedərkən yolda mobil telefonlarda, pleyerlərdə, kompüterlərdə daim müsiqiyə qulaq asırlar ki, bu da ekspertləri xüsusilə narahat edən faktdır.
Pis qulaqcıqlar və musiqi asılılığı karlıq riskini artırır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Bu gün adamların əksəriyyəti işə, dərsə, evə gedərkən yolda mobil telefonlarda, pleyerlərdə, kompüterlərdə daim müsiqiyə qulaq asırlar ki, bu da ekspertləri xüsusilə narahat edən faktdır. Doktor Nişit Şah xəbərdarlıq edir ki, qulaqcıqlar eşitmənin keyfiyyətini güclü şəkildə azaltmağa qadirdir. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti xəbər verir.

Gənclərin adətən pleyerlərdə sevimli musiqini dinlədikləri gur səslə yanaşı, maşınların, qatarların səsi də əlavə küy yaradır. Həm də burada davamlılıq da mühüm şərtdir. Əgər mütəxəssislərin tövsiyələri nəzərə alınmazsa, qismən karlığın inkişafı mümkündür. Özü də insan səsin keyfiyyətinin azalmasını uzun müddət hiss etməyə bilər. Lakin bu hal yaş ötdükcə artıq aydın şəkildə meydana çıxacaq.

Tədqiqatlar göstərib ki, belə problemlə tez-tez kinoya və konsertə gedən adamlar da qarşılaşırlar. Qulaqlarınızda küy eşidirsinizsə, deməli, eşitmənin azalması uzaqda deyil. Həm də vəziyyətin kəskin dəyişməsinin (adam səs-küylü otaqdan tam sakitliyə düşəndə) qulaqlar üçün daha təhlükəli olacağını yəqin ki, çox az adam bilir.

Əgər insan bir gün də musiqisiz qala bilmirsə, onda həkimlər səsazaldıcıya malik yaxşı qulaqcıqdan istifadə etməyi məsləhət görürlər. Onda kənar səsləri azaltmaq üçün səsi son həddədək artırmaq lazım gəlməyəcək. Gündə cəmi beş dəqiqə yüksək səslə musiqiyə qulaq asmaqla kar olmaq olar.

Xəbər lenti

Xəbər lenti