...

Küveytin aparıcı qəzetlərində Azərbaycan Müstəqillik Günü işıqlandırılıb

Cəmiyyət Materials 19 Oktyabr 2011 16:48 (UTC +04:00)
Küveytin aparıcı qəzetlərində Azərbaycan Müstəqillik Günü işıqlandırılıb
Küveytin aparıcı qəzetlərində Azərbaycan Müstəqillik Günü işıqlandırılıb

Azərbaycan, Baki, 19 oktyabr /Trend/

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytin böyük oxucu kütləsinə malik "əl-Ənbə" və "əş-Şəhid" qəzetlərində məqalələr dərc olunub. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən bildiriblər.

Məqalələrdə müstəqilliyin şanlı tarixindən, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpası, möhkəmləndirilməsi, qorunub saxlanması, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması, uğurlu neft strategiyası, həmçinin, təməli ulu öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkənin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu, respublikada hazırkı sabit siyasi - ictimai durum, sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlar və layihələr, Azərbaycanın enerji siyasəti barədə oxuculara geniş məlumat verilib.

Azərbaycanın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə də məqalələrdə xüsusi yer ayrılıb. Burada Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə məlumat verilib.

Məqalələrdə Azərbaycan-Küveyt əlaqələrinə də yer ayrılıb, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə səfərinin əhəmiyyəti qeyd olunub, Küveyt Dövlətinin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi yüksək qiymətləndirilib, iki ölkə arasında mövcud dost münasibətlərinin möhkəm, tarixi, dini və mədəni bünövrəsi olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti