...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb

Cəmiyyət Materials 24 Oktyabr 2011 17:51 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım məqsədilə ianələr toplamaq kampaniyasına start verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım məqsədilə ianələr toplamaq kampaniyasına start verib.

Cəmiyyətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Siz tək deyilsiniz" devizi ilə keçirilən kampaniyaya hər kəs qoşula bilər.

Yardım etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi AZN və ABŞ dolları hesablarına pul köçürə bilərlər (ianə edən şəxslərin ad və soyadları, ianələrinin məbləği Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsində göstəriləcək - www.redcrescent.az).

Kömək etməık istəyənlər aşağıdakı hesablara vəsait köçürə bilərlər.

AZN
Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210

ABŞ
Dolları Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210

Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti