...

Sabahdan Azərbaycanda hava kəskin pisləşəcək, bəzi yerlərdə qar yağacaq

Cəmiyyət Materials 25 Oktyabr 2011 13:42 (UTC +04:00)
Sabahdan başlayaraq Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.
Sabahdan Azərbaycanda hava kəskin pisləşəcək, bəzi yerlərdə qar yağacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan başlayaraq Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin buludlu olacağı, yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 11-16, dağlarda gecə 1-4, gündüz 5-8 dərəcə təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti