Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycandan zəvvarları Həcc ziyarətinə aparan 18 avtobus sağ-salamat Səudiyyə Ərəbistanına yaxınlaşıb, bir-bir ziyarət məkanına daxil olur. Bunu cümə axşamı Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Dadaşova bildirib ki, zəvvarları daşıyan avtobuslardan birinin aşması ilə bağlı yayılan xəbər doğru deyil.
"Azərbaycan zəvvarları qəzaya uğramayıblar və sözügedən qəzaya düşən avtobus başqa ölkəyə məxsusdur", - Dadaşova əlavə edib.
QMİ: Azərbaycan zəvvarları qəzaya uğramayıb
Azərbaycandan zəvvarları Həcc ziyarətinə aparan 18 avtobus sağ-salamat Səudiyyə Ərəbistanına yaxınlaşıb, bir-bir ziyarət məkanına daxil olur.
