Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yaradılmış Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi bu il istifadəyə veriləcək.
Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, sistem Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə"yə uyğun olaraq yaradılıb. Sistemə Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar.
TQDK sistemin istifadəyə verilməsi ilə əlaqədar bu gündən ali təhsil müəssisələrinin cavabdeh şəxsləri və operatorlar üçün treninqlərə başlayıb.