Azərbaycan, Bakı, 3 noyabr /Trend müxbir İ.İsabalayeva/
Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" yeni qərar verib.
Kabinetdən cümə axşamı Trend-ə verilən məlumata görə, qərar Təhsil Nazirliyinin təklifi nəzərə alınmaqla verilib.
Qərara görə, "Kollegiyanın üzvləri" bölməsindən "İsgəndərov İsgəndər Barat oğlu - təhsil nazirinin müavini", "Hüseynova İradə Mehdiqulu qızı - təhsil nazirinin müavini", "Qasımov Elmar Eldar oğlu - təhsil nazirinin müavini" sözləri çıxarılıb. Təhsil nazirinin müavini Novruzov Qulu Novruz oğlu kollegiyaya üzv qəbul edilib.
Təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova sentybrda tutduqları vəzifədən azad olunub.